XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

11 Oktyabr 2016 - 13:24

İşsizlik üzrə icbari sığorta qanunu hökumətə təqdim olunacaq –Nazir açıqladı

issizlik

"Yaxın zamanda işsizlik üzrə icbari sığorta haqqında qanun layihəsi Nazirlər Kabinetinə təqdim olunacaq".

Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Binəqədi rayonunda Məşğulluq Xidməti Mərkəzinin açılışında jurnalistlərə açıqlamasında məlumat verib.

"Bu gün qədər bu qanun layihəsi bütün müvafiq qurumlar tərəfindən nəzərdən keçirilib və biz Azərbaycan Respublikası Maliyyə Nazirliyindən son rəyi gözləyirik", – deyə S.Müslümov bildirib.

Onun sözlərinə görə, heç kim iş yerinin itirilməsindən sığortalanmayıb və bel qanunun qəbulu insanlara rahat işləmək imkanı yaradacaq: "Nəticədə insanlar işlərini itirməkdən qorxmayacaq və əmək hüquqlarını tələb edə biləcəklər. Bu prosesi sistemləşdirmək lazımdır".

O bildirib ki, işçi işini itirdiyi halda ona işsizlik üzrə müavinət ödəniləcək: "Bu sahədə qanunun olmaması bəzi çətinliklər yaradır. Məsələn, ölkədə bankların bağlanması və bankların konsolidasiyası prosesinin başlanması, eləcə də valyuta mübadiləsi məntəqələrinin ləğvi ilə əlaqədar bir çox insanlar iş yerlərini itirdi. Bizim Məşğulluq Mərkəzlərinə artıq maliyyə-bank sektorunda çalışmış 2,7 min nəfər müraciət edib".

Nazir vurğulayıb ki, maliyyə və bank sektorunda ümumiyyətlə, əmək haqqı yüksək olur, təxminən 1252 manatdır və onlar subsidiyaların kimi əmək haqqının 70%-ni ödəməli olacaq. O, 15 milyon manatın subsidiyaların ödənilməsi üçün kifayət etmədiyini də sözlərinə əlavə edib.

APA