XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Oktyabr 2016 - 14:40

“Heç kim bunu mənə qadağa qoymayıb” –Robert Prosineçki

prosinecki

“Azərbaycanda futbola sevgi artır. Mənim orda əsas məqsədim futbolçulara qalibiyyət psixologiyasını aşılamaq və onların mübarizə əzmini artırmaqdı”.

Bunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində bu gün Çexiya ilə səfərdə qarşılaşacaq komandamız görüşün hazırlıqlarını yekunlaşdırıb. Komandamızın bu ölkədə olmasından yararlanan çexiyalı həmkarlarımız Prosineçki ilə söhbətləşmək imkanı əldə ediblər.

Futbolçu karyerası dövründə “Barselona” və “Real” kimi klubların formasını geyinmiş 47 yaşlı mütəxəssis həmin dövrlərdə məşqçi olmağı planlaşdırmadığını bildirib: “Hansısa futbolçunun karyerası ərzində formasını geyindiyi bütün klublarda uğur qazanacağına zəmanət yoxdu. Tanınmış futbolçu olduğum üçün dahi məşqçi olmağa ehtiyacım qalmamışdı. Amma futbolçu kimi həmişə qalib olmuşam. Azərbaycanlı futbolçuların da məhz buna vərdiş etmələrinə çalışıram”.

Prosineçki ölkəmizdə istedadlı oyunçuların olduğunu vurğulayıb. O, həmçinin hədəflərinin AÇ-2020-də iştirak olduğunu növbəti dəfə dilə gətirib: “Azərbaycan böyük potensialı olan ölkədi. Onların mentalitetinə artıq bələdəm. İnsanları idmanı çox sevirlər. Orda istedadlı gənc futbolçular var. İnfrastrukturun yaxşılaşdırılması üçün də futbola böyük investisiya yatırılıb. Azərbaycan üçün əsas hədəf 2020-ci ildəki Avropa çempionatının final mərhələsində iştirak etməkdi”.

Xorvatiyalı çalışdırıcıya hələ futbolçu vaxtında da siqaret çəkdiyini xatırladan həmkarlarımız onun bu barədə də fikirlərinə yer verib: “Siqaret bir fəlakətdi. Ancaq bunu ata bilmədim. Əksinə, baş məşqçi olandan sonra daha çox çəkirəm. Heç kim də bunu mənə qadağa qoymayıb. Bu, əsəbdəndi”.

Qeyd edək ki, Çexiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 

APA