XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

11 Oktyabr 2016 - 15:21

Rusiya səfiri:"Moskva Dağlıq Qarabağ münaqişəsinin həllində fəal vasitəçi rolunu oynamağa davam edir"

rus

 "Bir-birinin suverenliyinə şərtsiz hörmət Rusiya və Azərbaycanın beynəlxalq arenada öz rolunu oynamasına imkan verir. Rusiya Azərbaycanın müstəqil siyasətinin bütün nüanslarını dərk edir və rəsmi Bakını anlayır".

Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin Azərbaycanın müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş məqalələr toplusunda dərc edilmiş "Rusiya və Azərbaycan: ən yeni taxrixin 25 ili" adlı məqaləsində yazılıb.

Səfir qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində fəal vasitəçi rolunu oynayıb və oynamağa da davam edir: "Biz öz məsuliyyətimizi və imkanlarınımızı anlayırıq. Ümid edirəm ki, Azərbaycanda bu məsələ ilə bağlı Rusiyanın mövqeyini düzgün başa düşürlər. Beynəlxalq vəziyyətin cari burulğanlı halında tərəfdaşın səni anlaması və ona güvən çox qiymətlidir".  (APA)