XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

11 Oktyabr 2016 - 19:16

AŞ NK-nın sədri:“İrqçilik, dözümsüzlük Avropada sülh və demokratiya üçün təhlükəlidir”

i

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının plenar iclasında hazırda Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Estoniyanın xarici işlər naziri Yurgen Ligi çıxış edib.

Assambleya üzvləri qarşısında Nazirlər Komitəsinin fəaliyyəti ilə bağlı hesabatla çıxış edən Y. Ligi daha sonra sualları cavablandırıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qurumda təmsil olunduğu Avropa Liberallar və Demokratlar Qrupu adından sual ünvanlayıb: “Cənab sədr, Avropanın müxtəlif ölkələrində radikallıq getdikcə artır. Bir çox siyasi partiyaların, siyasətçilərin radikal açıqlamaları insanlara mənfi təsir göstərir, onları radikallaşdırır, anti-miqrant, anti-islam, antisemitizm əhval-ruhiyyəsini Avropanın müxtəlif ölkələrində gücləndirir.Siyasi partiyalar, siyasətçilər öz açıqlamaları ilə miqrantlar əleyhinə, İslam əleyhinə insanların radikallaşmasına səbəb olurlar. Və təəssüf ki, bu cür radikal partiyalar hər seçkidə daha da çox səs alırlar. Bu radikal meyllərin Avropada artması Nazirlər Komitəsini ciddi narahat edirmi, qorxudurmu? NK bu cür radikal meyllərlə mübarizə, eyni zamanda Avropada mültukulturalizmi gücləndirmək, dəstəkləmək istiqamətində hansı addımları atır, hansı işləri görməyi planlaşdırır?”

Y. Ligi doğrudan da Avropa məkanında irqçilik, dözümsüzlük, ekstremizm və ksenofobiya kimi meyllərin baş qaldırdığını bildirib: “Bəli, siz haqlısınız, çox təəssüf ki, bir çox üzv dövlətlərimizdə irqçiliyin, dözümsüzlüyün, nifrət yayan ekstremist və ksenofob meyllərin yüksəlməsini müşahidə edirik. Hələ miqrant problemindən əvvəl də bir çox ölkələrdə ksenofob və populist qüvvələr get-gedə populyarlaşırdı. Bu tendensiya əlbəttə ki, Avropada sülh və demokratik təhlükəsizlik üçün təhdiddir. Ksenofobiya, dözümsüzlük, ekstremizm və irqçiliklə mübarizə aparmaq Nazirlər Komitəsi üçün prioritet olan məsələlərdəndir. Biz eyni zamanda terrorizmə gətirib çıxaran radikallıqla mübarizə aparmaq üçün xüsusi mexanizmlərdən də istifadə edirik. Bura dövlətlərlə aramızdakı müxtəlif fəaliyyət planları və eləcə də AŞ-də bu məsələlərlə məşğul olan müəyyən qurumlarla əməkdaşlığımız daxildir. Biz AŞPA və NK səviyyəsində əlimizdə olan bütün alətlərdən istifadə etməliyik ki, bu kimi mənfi tendensiyalara qarşı daha da güclü mübarizə apara bilək”.  (APA)