XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

12 Oktyabr 2016 - 10:50

Təcili Tibbi Yardım gücləndirilmişiş rejimindədir

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Aşura günü ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

Stansiyanın baş həkimi Rauf Nağıyev Lent.az-a açıqlamasında bildirib ki, paytaxtda qanvermə aksiyaları həyata keçirilən bütün məscid, ibadət məkanlarının hər birinə 1 təcili yardım briqadası göndərilib: "Ərazi poliklinika həkimləri, Qanvermə İnstitutunun əməkdaşları da məscidlərdədir. Hələ ki, hər şey normal qaydasında gedir, narahatlıq doğuran fakt yaşanmayıb. Təcili Tibbi Yardımın əməkdaşları mərasim bitənə kimi həmin ərazilərdə olacaq”.

Qeyd edək ki, bu gün 14 məsciddə QMİ-nin təşəbbüsü ilə gerçəkləşən, tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyaları təşkili olunub. Qanvermə aksiyalarının təşkil olunduğu məscidlərin 8-i Bakıda, 6-sı isə digər rayon və şəhərlərdə yerləşir.

Qanvermə aksiyaları aşağıdakı məscidlərdə keçirilir:

Yasamal rayonu  “Təzəpir” məscidi
Yasamal rayonu  “Hacı Soltanəli” məscidi
Səbail rayonu “Bibiheybət” məscidi
Səbail rayonu İçərişəhər “Cümə” məscidi
 Suraxanı rayonu “Qaraçuxur” qəsəbə məscidi
Xəzər rayonu “Mirmövsüm ağa” ziyarətgah-məscidi
 Nizami rayonu “Keşlə” qəsəbə məscidi
Nəsimi rayonu "Əjdərbəy” məscidi