XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 October 2016 - 11:13

Rusiya daxili işlər nazirinin birinci müavini:"Azərbaycanla münasibətlərdə hər hansı problemli məsələ görmürük"

rr

"Bu gün Azərbaycan və Rusiya arasında münasibətlərdə hər hansı problemli məsələ görmürük. Azərbaycan miqrasiya proseslərini də tənzimləyir".

Bunu Rusiya daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy Rusiyada azərbaycanlı miqrantların durumu ilə bağlı bildirib.

A. Qorovoy deyib ki, Azərbaycanın miqrasiya orqanları əmək fəaliyyəti və istirahət üçün Rusiyaya gələn Azərbaycan miqrantları ilə bağlı prosesləri tənzimləyir: " Rusiya və Azərbaycan arasında mədəni, dostluq münasibətləri mövcuddur. Münasibətlər qaneedici səviyyədədir".  (APA)