XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

12 Oktyabr 2016 - 13:07

AMEA-nın müxbir üzvü, deputat Yaqub Mahmudov:"Ölkədə Şah İsmayıla qara yaxan qüvvələr var”

yaqub-mahmudov

“Dünyanın bir çox ölkələrində, “Vikipediya”da, başqa-başqa ensiklopediyalarda Azərbaycan Səfəvilər dövləti İran dövləti kimi təqdim olunur”.

Bunu AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudov mərhum səfəvişünas alim Oqtay Əfəndiyevin anadan olmasının 90 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, azərbaycanlı tarixçilər qonşu İranla mehriban dostluq münasibətlərinə sadiqdir: “Lakin elmdə mübahisələr davam etdirilməlidir. Bəzən elə hallar olur ki, tarixçilərimiz susmağa məcbur olur. 80-ci illərdə Tokioda keçirilən konfransda iranlı tarixçi Firuz Mənsuri Səfəvilərin Azərbaycana aidiyyəti olmadığını, Xətai adlı şairin olmadığını demişdi. Bizim orada iştirak edən tarixçilərimiz ona cavab verməmişdi. Sonradan biz Firuz Mənsuriyə cavab verdik. Bu cür fikirlər indi də var. Səfəvilər Azərbaycan dövlətidir. Biz imperiya yaradan xalqlardanıq. Bu, Ağqoyunlulara da, Qaraqoyunlulara da, Eldənizlərə də aiddir”.  (APA)

Y. Mahmudov onu  da qeyd edib ki, bu gün Azərbaycanda Səfəvilər dövlətinə, Şah İsmayıla qara yaxan qüvvələr var.