XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Oktyabr 2016 - 16:54

Putin:“Qərbin sanksiyaları Rusiya iqtisadiyyatına təsir edir”

putin

“Qərbin sanksiyaları Rusiya iqtisadiyyatına təsir edir. İlk növbədə bu, texnologiyalara çıxışın məhdudlaşdırılmasında özünü göstərir”.

Bunu Rusiya prezidenti Vladimir Putin  “Rusiya çağırır” Forumunun plenar iclasında çıxışında bildirib.

“Biz tez-tez təkrar edirik ki, sanksiyalar bizə heç də təsir etmir. Ancaq təsir edir. Hər şeydən öncə mən texnologiyaların ötürülməsinin məhdudlaşdırılmasında təhlükə görürəm. Onu da deyim ki, bu, təkcə Rusiya iqtisadiyyatına deyil, ümumilikdə dünya iqtisadiyyatına ziyan vurur. Çünki Rusiya iqtisadiyyatı ümumdünya iqtisadiyyatı üçün vacib sektordur. Ona görə də, bunu kim edirsə, yekunda özünə də ziyan vurur. Lakin hesab edirəm ki, biz bununla bacaracağıq”, – deyə Rusiya dövlət başçısı qeyd edib.   (APA)