"Rusiya ilə ABŞ müharibə edəcək vəziyyətə gəlib".
Bu sözləri Türkiyə baş nazirinin müavini, hökumət sözçüsü Numan Kurtulmuş deyib.
O bildirib ki, 3-cü qüvvələrin əli ilə aparılan müharibələrin bir sonu var: “Suriyada da bu cür müharibələrin limiti dolub. Üçüncü qüvvələrin əli olan belə müharibələr davam edərsə, ABŞ-la Rusiya müharibə edəcək səviyyəyə gəlib çıxacaq. Böyük bir regional və ya dünya müharibəsinin başlanmasının astanasındadırlar”. (APA)