XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

12 Oktyabr 2016 - 18:43

Azərbaycan kuboku:2 komanda 1/8 finalda

Futbol üzrə Azərbaycan kubokunun səkkizdəbir finalında “İnter” və “Zirə”nin rəqibləri müəyyənləşib.

Bu gün turnirin ilkin təsnifat mərhələsində iki görüş oynanılıb.

“Turan Tovuz” “Bakılı”nı qəbul edib. Qarşılaşma gözlənildiyi kimi meydan sahiblərinin üstünlüyü ilə başa çatıb. Əsgər Abdullayevin rəhbərlik etdiyi komanda qonaqların qapısından dörd cavabsız top keçirib. Bununla da Tovuz təmsilçisi səkkizdəbir finalda “Zirə”yə rəqib olub.

“Qaradağ Lökbatan” isə “Şəmkir” səfərindən qələbə ilə ayrılıb. Oyunun sonlarınadək hesab 1:1 olsa da, qonaqlar qələbə topunu vurmağa nail olublar. Oyun “Qaradağ Lökbatan”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. On altı komandanın mübarizəsində “Qaradağ Lökbatan” “İnter”lə səfər görüşünə çıxacaq.

Səkkizdəbir finalın görüşləri dekabrın 2-3-də keçiriləcək(azərtac).