Bu gün Bakıdakı universitetlərdən birində ölüm hadisəsi baş verib.
Bakı Biznes Universitetində dərs deyən tanınmış alim, professor Qüdrət Əbdülsəlimzadə dərs zamanı auditoriyada vəfat edib. Qeyd edək ki, Q.Əbdülsəlimzadə 1990-cı ildə 20 Yanvar şəhidlərinin dəfn komissiyasının sədri olub. 1992-ci ildə Anti-inhisar üzrə Dövlət Komitəsinin sədri kimi çalışıb. Sonralar pedoqoji fəaliyyətə keçib. O həmçinin AZTV-də beynəlxalq şərhçi kimi fəaliyyət göstərib.
Onu da qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Universitetində də müəllim dərs prosesi zamanı vəfat etmişdi.