XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Oktyabr 2016 - 15:37

Cavid Qurbanov:"Daxili bazarda istehsal olunan hissələr ya keyfiyyətsiz, ya da baha olur"

cavid

"Təəssüflər olsun ki, Azərbaycanda heç bir dəmir yolu hissəsi istehsal olunmur". Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

"Biz hər bir şeyi xaricdən alırıq, istehsal edəcək bir şeyimiz yoxdur. Gələcəkdə hansısa yerli fabrik və ya zavodlarda hissələrimiz istehsal oluna bilər. Biz bu imkanları nəzərdən keçirməliyik. Bu mənada istehsalçılar da aktiv olmalıdır. Hazırda bizim istifadə etdiyimiz hissələrin əksəriyyəti Rusiya istehsalıdır. Lakin o hissələri Azərbaycanda da istehsal etmək olar. Təəssüflər olsun ki, bu barədə heç kim düşünməyib", – deyə C. Qurbanov bildirib.

Sədr əlavə edib ki, o özü şəxsən dəfələrlə yerli istehsalçılara müraciət edərək bəzi hissələrin Azərbaycanda istehsal olunmasını təklif edib: "Bir neçə dəfə müraciət etmişəm, amma mənim səsimə səs verən yoxdur. Bizdə elə bir zavod yoxdur ki, lövbər, elektrovoz motoru və sair hissələri istehsal etsin. Daxili bazarda istehsal olunan bəzi hissələr isə ya keyfiyyətsiz, ya çox baha olur, ya da bizə uyğun olmur".  (APA)