XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2016 - 16:37

FHN:"Tələbləri pozan 37 gəmi istifadəçisi barəsində tədbir görülüb"

fhn

 Fövqəladə Hallar Nazirliyi (FHN) Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin əməkdaşları təsdiq olunmuş cədvələ əsasən cari ilin sentyabr ayı və oktyabrın əvvəllərində Mingəçevir, Gəncə və Şəmkir rayonlarında fəaliyyət göstərən 216 nəfər gəmi istifadəçisinin su nəqliyyatı vasitələrinə səyyar texniki baxış həyata keçirib və onlara aidiyyəti sənədləri təqdim ediblər.

Eyni zamanda, kiçik həcmli gəmilərin dövlət qeydiyyatı, texniki baxışı,  sürücülük vəsiqələrinin alınması və gəmilərin təhlükəsiz istismarı mövzusunda maarifləndirmə tədbirləri də keçirilib.

Müfəttişliyin Xəzər dənizinin sahilboyu ərazilərində keçirilmiş əməliyyat tədbirlərinin nəticəsi olaraq texniki baxışdan yayınan, təhlükəsiz istismar qaydalarının tələblərini pozan 37 gəmi istifadəçisi barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq tədbir görülüb.  (APA)