XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2016 - 17:56

Səhiyyə naziri Ağdaşda vətəndaşları qəbul edəcək

oqtay-sireliyev

Səhiyyə naziri Oqtay Şirəliyev oktyabrın 14-də saat 11:00-da Ağdaş Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qəbulda nazir tərəfindən Ağdaş, Yevlax, Goranboy rayonları və Mingəçevir şəhəri sakinlərinin səhiyyə sahəsinə dair şikayət və müraciətləri dinləniləcək, lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Ağdaş Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.