XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 October 2016 - 18:58

İrandan Azərbaycana narkotik keçirən Türkiyə vətəndaşı tutuldu –Sərhəd Xidmətindən açıqlama

serhed

 

Dövlət sərhədində narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, qaçaqmalçılığın və qeyri-leqal miqrasiyanın qarşısının alınması istiqamətində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən tədbirlər uğurla davam etdirilməkdədir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 11-də keçirilmiş tədbirlər nəticəsində Beyləqan rayonun 2-ci Şahsevən kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsindən İran-Azərbaycan dövlət sərhədini pozmuş Türkiyə Respublikası vətəndaşı, 1985-ci il təvəllüdlü Kisalar Bağış Bayram oğlu saxlanılıb. Onun üzərindən 97 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumları, 12 ədəd psixotrop həb, bir noutbuk, 3 mobil telefon, saxta olması ehtimal edilən 5000 (beş min) rus rublu, iki pasport və müxtəlif bank kartları aşkar olunaraq götürülüb.

Araşdırmalar zamanı məlum olub ki, B.Kisalar 2012-ci ildə rəsmi qaydada Azərbaycan Respublikasına gəlib. Ölkə ərazisində yaşama qaydalarını pozduğuna görə 2016-cı il yanvarın 9-dan onun Dövlət Miqrasiya Xidməti tərəfindən ölkəyə girişinə məhdudiyyət qoyulub.

B.Kisalar bu il oktyabrın 9-da rəsmi qaydada Türkiyədən İrana gedib və bir gün sonra yerli bələdçilərin köməyi ilə İrandan Azərbaycana ötürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.