XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2016 - 20:26

Qanvermə aksiyası bu məkanlarda davam edir –İnstitut direktorundan çağırış

qanverme-aksiya

Məhərrəm ayı boyunca ehtiyacı olanlar üçün könüllü qanvermə aksiyası Mərkəzi Qan Bankı və onun bölgələri əhatə edən 8 bölməsində – Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Quba, Şəki, Şirvan və Bərdə şəhərlərində də davam edəcək.

Bu barədə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib. 

Onun sözlərinə görə, şənbə və bazar günləri insanlar "Mir-Mövsüm ağa" məscidində qan verə bilərlər: "Mir-Mövsüm ağa" məscidində ilboyu qan vermək mümkündür. Məscid hər cür şəraiti olan xeyriyyə Qan Bankı tikib. Bizim əməkdaşlar ilboyu şənbə və bazar günləri orda olur və ziyarətə gələnlər arasında könüllü qan vermək istəyənlərdən qan götürür"(Report).

Qeyd edək ki, Aşura günü saat 9:00-dan 18.00-a kimi keçirilən qanvermə aksiyalarında 4141 nəfər könüllü olaraq qan verib və nəticədə 1863,3 litr qan tədarük olunub.