"Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi Türkiyəni Çin və Avropa ilə qovuşduracaq".
Bunu Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan Kars-Digor-Tuzluca avtomobil yolunun təməlqoyma mərasimində bildirib.
Onun sözlərinə görə, BTQ dəmiryolu xətti layihəsi tamamlanmaq ərəfəsindədir: "Bu istiqamətdə işlər sürətlə davam etdirilir. Bu layihə tezliklə başa çatmalıdır. Çünki Türkiyəni Çin və Avropa ilə qovuşduracaq bir layihədir". (Report)