XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2016 - 00:43

“Rusiya-Türkiyə münasibətlərinin yaxınlaşmasına ümidliyik” –Suriya prezidenti

Esed

Ruriya prezidenti Bəşər Əsəd ümid edir ki, Kreml Türkiyənin Suriya siyasətini dəyişəcək

B.Əsəd "Komsomolskaya Pravda" qəzetinə müsahibəsində "Suriyanın yeganə ümidi Rusiya-Türkiyə münasibətlərinin yaxınlaşmasıdır" bildirib(Teleqraf.com).  

Xatırladaq ki, şənbə günü İsveçrənin Lozanna şəhərində Türkiyənin də iştirakı ilə Suriyaya dair görüş keçiriləcək.

Bu görüşdə Rusiya ilə yanaşı ABŞ və Səudiyyə Ərəbistanının da iştirak edəcəyi gözlənilir. Türkiyə-Rusiya münasibətlərinin normallaşdırılması yolunda atılan addımlar hələ ki Suriyanın gələcəyi ilə bağlı razılığın əldə olunmasına gətirib çıxarmayıb.

Bəşər Əsədə müxalif olan qrupları dəstəkləyən Türkiyə Suriyanın siyasi gələcəyində cənab Əsədin yerinin olmadığını bildirir. Suriya ordusu ilə birgə müxalifətə qarşı hava zərbələrini həyata keçirən Rusiya isə Suriyanın gələcəyinə suriya xalqının qərar verə biləcəyini deyir.