XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Oktyabr 2016 - 10:07

Cahangir Hacıyevə hökm oxunacaq –Proses başladı

Cahangir

Bu gün “Beynəlxalq Bank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmədə hökm oxunacaq.

Strateq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək iclas saat 10-da başlayıb. Hakimlər 4 günlük müşavirədən sonra bu gün hökmü elan etməlidir.

Xatırladaq ki, prokuror Fərid Nağıyev çıxışında Cahangir Hacıyevin 17 il, İlqar Abdullayevin 8 il, Yusif Ələkbərovun 11 il, İbrahim Hüseynovun 11 il, Anar Sultanovun 8 il, Məhəmməd Cahangirovun 8 il, Kənan Orucovun 7 il 6 ay 23 gün, Azad Cavadovun 12 il 11 ay müddətinə azadlıqdan məhrum edilmələrini, C. Hacıyevin evindən götürülən qiymətli saat və digər vasitələrin borcun ödənilməsinə yönəldilməsini istəyib.