"Pakistan və Azərbaycan qarşılıqlı əməkdaşlıq vasitəsilə böyük investisiya imkanlarından istifadə edə bilər".
Bunu Pakistan baş naziri Navaz Şərifi Bakıya səfəri zamanı müşayiət edən xüsusi köməkçisi Səid Tarik Fatemi deyib.
O, Pakistanın Azərbaycanla əlaqələrin möhkəmlənməsində maraqlı olduğunu qeyd edib.
Xüsusi köməkçi, həmçinin Pakistan və Azərbaycanın Qarabağ və Kəşmir məsələlərində həmrəylik nümayiş etdirdiyini vurğulayıb.
Report