XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2016 - 15:24

Qazaxıstan prezidenti işə çıxıb

nazarbayev

Qazaxıstan prezidenti Nursultan Nazarbayev xəstəliyi ilə əlaqədar aldığı müalicəni başa vuraraq işinin başına qayıdıb.

N.Nazarbayev cümə günü respublikanın baş prokuroru Jakip Asanovu qəbul edib.

Baş prokuror prezidentə hüquq-mühafizə orqanlarının fəaliyyəti barədə məlumat verib, eləcə də "100 konkret addım" millət planının həyata keçirilməsi çərçivəsində verilən tapşırıqların icrası barədə məruzə edib.

Qazaxıstan prezidenti qanunun aliliyinin təmin edilməsi, eləcə də əhalinin hüquqi savadının artırılması üzrə səylərin davam etdirilməsinin lazım olduğunu vurğulayıb.

Görüşün yekununda dövlət başçısı bir neçə konkret tapşırıqlar verib.  (Report)