XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 October 2016 - 17:08

Azərbaycan hərbçiləri S-300 PMU zenit raket kompleksləri ilə təlim keçir – VIDEO

t%c9%99lim

Strateq.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən hava hücumundan müdafiə hərbi hissələrində döyüşə hazırolma səviyyəsi yoxlanılır və tapşırıqların dəqiqləşdirilməsi həyata keçirilir.
İntensiv təlim-məşqlərdə hava hücumundan müdafiə birləşmələri və hərbi hissələri, o cümlədən müasir S-300 PMU zenit raket komplekslərinin heyətləri şərti düşmənin hava hədəflərini aşkar etmək, tanımaq, avtomatik izləməyə götürmək və şərti atəşlə məhv etmək kimi praktiki məşqləri icra edirlər.