XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 October 2016 - 17:12

Sabah Bakıda bal yarmarkası başlayır- Bir ay davam edəcək

Oktyabrın 15-dən noyabrın 15-dək Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri, Nobel prospekti, 23 ünvanında, “Amay” ticarət mərkəzində arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçiriləcək.

Yarmarkada yalnız bilavasitə arıçılıq fəaliyyəti ilə məşğul olan (arı saxlayan və arıçılıq məhsulları istehsal edən) fiziki və ya hüquqi şəxslər iştirak edəcək.

Yarmarkada müəyyən edilmiş keyfiyyət standartlarına cavab verən təbii balın və digər arıçılıq məhsullarının satışına icazə veriləcək.

Arıçı-fermerlər tərəfindən yarmarkaya təqdim ediləcək arıçılıq məhsulları əvvəlcədən müvafiq qaydada zona baytarlıq laboratoriyalarında və Respublika Baytarlıq Laboratoriyasında müayinədən keçirilib.

Keyfiyyət göstəriciləri müvafiq laboratoriya tərəfindən təsdiq edilən arıçılıq məhsulları xüsusi nişanlanmış və arıçılıq məhsullarının saxlanılmasına icazə verilən ağzı kip bağlanmış qablarda akt əsasında yarmarkanın müvəqqəti saxlanma anbarında yerləşdirilib.

Keyfiyyət göstəricilərini təsdiq edən müvafiq sənədi olmayan arıçılıq məhsullarının sərgi-satış yarmarkasında nümayişinə və satışına yol verilməyəcək.