XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2016 - 11:52

Bakıda bal yarmarkası başladı- Məhsullar ciddi yoxlamadan keçirilib

Bakıda “Amay” ticarət mərkəzində açılan arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasında 254 nəfər arıçı iştirak edir.

Nazirlikdən bildiriblər ki, zona və respublika baytarlıq laboratoriyaları bu il yarmarkaya buraxılan balın yoxlanmasını daha da sərtləşdirib və nəticədə gətirilən balın 20 faizədək hissəsi keyfiyyət göstəriciləri normaya uyğun olmadığından yarmarkaya buraxılmayıb.

Bakı şəhəri də daxil olmaqla, 8 iqtisadi rayonun və hər bir rayon üzrə iştirakçıların yarmarkada yerləşməsini müəyyənləşdirmək üçün oktyabrın 14-də püşkatma keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri arıçıları yarmarkanın keçirildiyi ərazi ilə tanış edərək, onlara qaydalar barədə məlumat veriblər. Bildirilib ki, heç bir iştirakçı yarmarkaya kənardan bal gətirə bilməyəcək. Sıxlıq yaratmamaq üçün yarmarka müddətində satış stollarında yalnız bir nəfər – qeydiyyatdan keçmiş şəxs oturacaq.

Qeyd edək ki, sərgi-satış yarmarkası bir ay davam edəcək.