XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2016 - 12:44

Yağışlı hava sabah da davam edəcək –PROQNOZ

yagis

Bazar günü Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Paytaxt və yarımadada şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-13, gündüz 14-17, Bakıda gecə 11-13, gündüz 15-17 dərəcə isti olacaq. 

Azərbaycanın rayonlarında oktyabrın 16-da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-14, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 3-6, gündüz 7-12 dərəcə isti olacaq.