XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 October 2016 - 16:39

“Qəbələ”nin vitse-prezidenti:"Cavid Hüseynov əvvəlki formasını bərpa etməlidir"

"Məsələnin mənəvi tərəfi Cavidə aiddir. O, ilk olaraq psixoloji gərginliyi öz üzərindən atmalıdır".

Bunu "Report"a açıqlamasında "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov komandanın həbsdən azad edilmiş sabiq üzvü Cavid Hüseynov haqda deyib.

Klub rəsmisi onun yenidən komandaya cəlb olunacağı ilə bağlı bunları bildirib: "İlk olaraq Cavid əvvəlki formasını bərpa etməlidir. Üstəlik bir məsələ də var ki, bunu klub rəhbərliyi ilə danışmalıyıq. Rəsmi qərar verildikdən sonra bu barədə ictimaiyyətə ətraflı açıqlama veriləcək".