XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 October 2016 - 18:32

Rabitə naziri sabahİrana gedir

Oktyabrın 16-da Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Ramin Quluzadə İran İslam Respublikasına səfər edəcək.

Səfər çərçivəsində R.Quluzadə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə görüşəcək. Görüşdə qarşılıqlı əlaqələrin inkişafı və əməkdaşlığın perspektivləri nəzərdən keçiriləcək.

Həmçinin R.Quluzadə İranın “Pərdis” yeni texnologiyalar parkını da ziyarət edəcək, burada istehsal olunan məhsullar və nanotexnologiyalarla tanış olacaq.