XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Oktyabr 2016 - 13:03

PKK-nı bitirən 5 maddəlik plan –Ərdoğandan açıqlama

asker

Terrora qarşı mübarizə strategiyamız bundan sonra fərqli olacaq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9-cu Avrasiya İslam Şurasının açılışında deyib.

Ərdoğanın bu fikirlərini əsas götürən Türkiyə mətbuatı isə bundan sonra PKK-ya qarşı yeni mübarizə metodunun başladılacağına işarə edib.

Terrorizmə qarşı 5 maddəlik strategiya belə qruplaşdırılıb:

1. Cəmiyyət içinə sızmış terrorçularla mübarizə

2.Xalqın içində gizlənmiş, şəbəkəyə logistik və kəşfiyyat məlumatları ötürən kripto ünsürlərlə mübarizə

3.Bələdiyyə və dövlət idarələrində çalışan gizli terrorçularla mübarizə

4.Terrora iqtisadi dəstək verənlərin araşdırılması

5.Terror qruplaşmalarına qarşı ölkə xaricində mübarizə

(Axar.az)