Gürcüstanda parlament seçkilərinin ikinci turu oktyabrın 30-da 50 majoritar dairədə keçiriləcək.
Bu barədə MSK-nın mətbuat xidmətindən bildirilib.
Bir sıra seçki məntəqələrində təkrar səsvermə isə oktyabrın 22-də baş tutacaq. Belə ki, Marneulidə №36.22.48 nömrəli seçki məntəqəsində majoritar seçkilər, Zuqdidi isə üç seçki məntəqəsində majoritar və proporsional seçki sistemləri üzrə seçkilər keçiriləcək. (APA)