XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 October 2016 - 15:26

Gömrük Komitəsi 7 maddənin narkotika kimi qadağan edilməsini təklif edib

narko-55

Dövlət Gömrük Komitəsi Azərbaycanda 7  maddənin narkoltik vasitə, pstxotrop maddə kimi qadağan edilməsi, məhdudlaşdırılması barədə təkliflə çıxış edib.  

 DGK asetil-fentanil, MT-45, para-metoksimetil-amfetamin (PMMA), a-pirrolidinovalero-fenon (a-PVP), para-metil-4-metilaminoreks (4,4-DMAR), metoksetamin (MXE) və fenazepam adlı maddələrin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin siyahıları”na daxil edilməsi barədə təkliflə çıxış edib.

Komitə bu maddələrin qeyd olunan siyahılara əlavə olunması üzrə prosedurların davam etdirildiyini açıqlayıb. Məqsəd narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısının alınması üzrə mövcud qanunvericiliyin təkmilləşdirilməsidir. Həmin maddələrin 17-22 mart 2016-cı il tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən BMT-nin İqtisadi və Sosial Şurasının Narkotik Vasitələr üzrə Komissiyasının 59-cu sessiyasında narkotiklərə nəzarət üzrə müvafiq beynəlxalq konvensiyalarla təsdiq olunmuş siyahılara daxil edilməsi qərara alınıb.