Bu gün Çempionlar Liqasında növbəti turun oyunları keçiriləcək.
Strateq.az xəbər verir ki, E qrupunun lideri "Monako” MOİK-lə, "Bayer” isə "Tottenhem”lə oynayacaq.
"Real Madrid” də bu gün meydana çıxacaq. Madrid klubu "Legiya”nı qəbul edəcək. Dortmund "Borussiya”sı isə "Sportinq”in qonağı olacaq.
G qrupunda İngiltərənin sürpriz komandası "Lester” "Kopenhagen”lə qarşılaşacaq. Bu qrupun digər oyunu isə "Brügge” – "Porto” arasında baş tutacaq.
Bundan əlavə, "Lion” "Yuventus”u qəbul edəcək, "Sevilya” isə Zaqrebdə xal üzünə həsrət olan "Dinamo”nun qonağı olacaq.