XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

18 Oktyabr 2016 - 15:00

Pan Gi Mun dünya liderlərinə səsləndi:“Mübarizə aparın”

Pan BMT

"Planetimizin təxminən 1 milyard əhalisi səfalət içində yaşayır".

Bunu Yoxsulluqla Mübarizə günü ilə əlaqədar olaraq dünya liderlərinə ünvanlandığı müraciətində BMT Baş katibi Pan Gi Mun söyləyib. Onun sözlərinə görə, hazırda 800 milyon insan aclıqdan əziyyət çəkir:

“Yoxsulluq təkcə az qazancla qiymətləndirilməməlidir. Bu yoxsulluq özünü səhiyyə, təhsil və digər əsas xidmət imkanlarından məhdud istifadədə, həmçinin insanların təməl haqlarının pozulmasında göstərir. Biz bütün ölkələrin hakimiyyətlərini, təşkilatları və bütün insanlığı yoxsulluq şəraitində yaşayan insanların səsini eşitməyə çağırırıq. Gəlin birgə hər gün yoxsulluq şəraitində yaşayan insanların üzləşdiyi alçaldılmaya və sosial təcridə son qoyaq”. 

Axar.az