Azərbaycan Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşları ötən gün ərzində 4796 sürücünün inzibati xəta törətdiyini aşkar edib.
Bu barədə Strateq.az-a idarədən verilən məlumata görə, oktyabrın 17-də ölkə ərazisində inzibati məsuliyyətə cəlb edilən sürücülərdən 34-ü sükan arxasına sərxoş halda əyləşdiyinə görə cəzalandırılıb: "Sürət həddini aşdığına görə 1695 sürücüyə elektron protokol tərtib edilib".