Oktyabrın 19-da İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin “Dəmavənd” və “Cövşən” hərbi gəmiləri Bakıya səfərə gəlib.
Bakı Dəniz Vağzalında nümayəndə heyətini Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanlığı və İranın Azərbaycandakı səfirliyinin əməkdaşları qarşılayıblar.
Birinci dərəcəli kapitan Əbdülhüseyn Zəfərinin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək. Səfər çərçivəsində qonaqların Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanlığı ilə görüşü, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə səfəri və bir sıra digər tədbirləri nəzərdə tutulub.
Gəmilərin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi də planlaşdırılır. Səfər oktyabrın 21-dək davam edəcək(azərtac).