XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

19 Oktyabr 2016 - 11:40

Çempionlar Liqası:III turun birinci günündə qonaq komandalar üstün olub

Oktyabrın 18-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunun oyunları keçirilib.

Turun ilk günündə “E”, “F”, “G” və “H” qruplarında mübarizə aparan komandalar meydana çıxıblar.

“E” qrupunun hər iki oyununda qalib müəyyənləşməyib. Rusiyanın CSKA klubu ev oyununda Fransanın “Monako” komandası ilə heç-heçə edib – 1:1. Qrupun digər oyununda Almaniyanın “Bayer Leverkuzen” komandası ilə İngiltərənin “Tottenhem” klubu meydandan “sülh”lə ayrılıb – 0:0.

“F” qrupunda Portuqaliyanın “Sportinq” komandası doğma meydanda “Borussiya Dortmund”a məğlub olub – 1:2. “Real Madrid” isə “Santyaqo Bernabeu”da Polşanın “Legia” komandasını 5:1 hesabı ilə darmadağın edib.

“G” qrupunda “Brügge” (Belçika) evdə “Portu”ya (Portuqaliya) uduzub – 1:2. Danimarkanın “Kopenhagen” komandasını qəbul edən İngiltərə çempionu “Lester” minimal hesabla qalib gəlib.

“H” qrupunun hər iki oyununda qonaq komandalar minimal hesabla qələbə qazanıblar. “Yuventus” komandası “Olimpik Lion”u, “Sevilya” klubu isə Xorvatiyanın “Dinamo Zaqreb” klubunu məğlub edib.

UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunun digər oyunları oktyabrın 19-da keçiriləcək(azərtac).