XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

19 Oktyabr 2016 - 15:56

Quba-Xınalıq yolundaqar və qaya uçqunu olub

Bu gün Quba-Xınalıq yolunda qar və qaya uçqunu olub.

APA-nın verdiyi məlumata görə, yolun 35-ci kilometrliyinə qaya parçası düşüb. “Azəravtoyol” ASC-nin 6 saylı idarəsinin canlı qüvvəsi və texnikasının köməkliyi ilə qaya parçası yoldan götürülüb. Yolun 36-37-ci km-də isə qar uçqunu qeydə alınıb. Yol qardan təmizlənib və avtomobillərin hərəkəti tam təmin olunub.
 
Qeyd edək ki, ötən gün yolun 23-cü kilometrliyinə qaya parçası düşmüşdü. Yol müvəqqəti bağlanmışdı.