XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

19 Oktyabr 2016 - 19:51

Zakir Həsənov Çexiyada keçirilən hərbi sərgidə olub –FOTO

m1

 Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Çexiyada "Beynəlxalq Gələcək Qüvvələr Sərgisi 2016"da olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, 60 ölkədən 1200-dən artıq nümayəndənin iştirak etdiyi sərgidə Çexiya, ABŞ, Kanada, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Avstraliya, Norveç, İsrail və bir sıra digər ölkələrin hərbi sənaye kompleksinə daxil olan 200-dən artıq şirkətin hərbi təyinatlı məhsulları nümayiş etdirilir.
Sərgidə iştirak edən Azərbaycan nümayəndə heyəti həmin şirkətlərin istehsal etdiyi məhsullar ilə tanış edilərək onların təyinatları barədə ətraflı məlumatlandırılıb.

Sərgi Çexiyanın müdafiə, daxili işlər, xarici işlər nazirlikləri, Silahlı Qüvvələrin Baş Qərargahı, NATO qərargahı, Avropa Müdafiə Agentliyi və bir sıra digər milli və beynəlxalq təşkilatların dəstəyi ilə keçirilir. (APA)

m22