XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 March 2015 - 06:26

Qədim vikinq məzarında üzərində “Allah üçün” yazılmış üzük tapılıb

Vikinqlərin uzaq ölkələrlə ticarəti çoxdan məlum idi

İsveç şəhəri Birkonun ətrafındakı qazıntılarda tapılmış gümüş üzük qədim vikinqlərin İslam dünyasının tacirləri ilə sıx əlaqədə olması nəzəriyyəsini təsdiq edib.

Strateq.az xarici KİV-ə əsasən bildirir ki, Stokholm universitetinin tədqiqatçılarının müəyyənləşdirdiyi kimi, eramızın IX əsrində düzəldilmiş üzüyün üzərində “Allah üçün” yazısı nəqş edilib.

Arxeoloqlar əvvəlcə güman ediblər ki, üzüyə pərçimlədilmiş daş bənövşəyi ametistdir. Lakin ekspertlərin elektron mikroskopun köməyi ilə apardığı analiz təyin edib ki, material ö dövr üçün nadir material sayılan rəngli şüşədəndir.

Vikinqlərin uzaq ölkələrdən şüşə əldə etməsi çoxdan məlum idi – skandinavların misirlilər və Mesopotamiya sakinləri ilə ticari əlaqədə olması qədim yazılarda xatırlanır.