XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2016 - 12:37

Sabah hava necə olacaq? –Proqnoz açıqlandı

hava yagis

Oktyabrın 21-də Bakı və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadın xəbər verir ki, sabah mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun yarımadada gecə 8-10° isti, gündüz 10-13° isti, Bakıda gecə 8-10° isti, gündüz 11-13° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şərq rayonlarında intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10° isti, gündüz 10-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.