XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

19 Mart 2015 - 07:14

Avrasiya İqtisadi Birliyində çatlar görünür

Lukaşenko: “Belorusiyanın Avrasiya İqtisadi Birliyindən səmərə əldə etməyi dayanınca, onun bu birliyə üzvlüyü artıq olacaq”

Картинки по запросу putin lukaşenko nazarbayev

Rusiya, Belorusiya və Qazaxıstan liderlərinin martın 12-13-nə planlaşdırılmış görüşü sabah Astanada baş tutmalıdır.

Strateq.az Rusiya mətbuatına istinadən bildirir ki, alyansın taleyi baniləri narahat edir. Cəmi iki ayyarmlıq yaşı olan alyansda artıq mövqe müxtəliflikləri müşahidə olunur.

Rus mətbuatı yazır ki, indiki mərhələdə ən kəskin suallar Minskə ünvanlanacaq: “Belorusiya Qərblə Moskvanın sanksiya qarşıdurmasında iştirakdan imtina edib, qeyri-rəsmi öz müttəfiqinə qarşı oyunu davam etdirir. Rusiyanın öz bazarında görmək istəmədiyi Qərb mallarının reeksportu davam edir. Moskvanın həmin malların daxil olmasını əngəlləmək üçün birgə gömrük məntəqələri təşkil etmək barədə təklifini Minsk süngü ilə qarşılayıb. Rusiyadan güzəştli qiymətə neft alan Belorusiya öz neftayırma zavodlarının məhsullarını Rusiyaya “dost qiyməti”nə satmaqdan imtina edir. Və, nəhayət, Lukaşenkonun bəyanatı dilxorluq doğurur: Belorusiyanın Avrasiya İqtisadi Birliyindən səmərə əldə etməyi dayanınca, onun bu birliyə üzvlüyü artıq olacaq. Gərəkirsə, tərcümədə bu ancaq o deməkdir ki, Minsk yalnız fayda götürmək istəyir. Bəs cavabında nə vermək istəyir – bu sual hələ açlıq qalır”.

Qazaxıstan yeganə ölkədir ki, Avrasiya iqtisadi inteqrasiyasına qatıldığına görə Belorusiya, Qırğızıstan və yaxud Ermənistan kimi Rusiyadan ciddi iqtisadi kömək gözləmir. Və yeri gəlmişkən, rus mətbuatı yazır ki, bu addım həm Moskvada, həm də Rusiya ictimai rəyində hələ layiqincə qiymətləndirilməyib.