XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2016 - 23:11

Pentaqon:"ABŞ və Türkiyə İŞİD-lə mübarizədə tərəfdaş olaraq qalmaqdadır"

pentaqon

ABŞ və Türkiyə İŞİD-lə mübarizə kampaniyası çərçivəsində əvvəlki kimi tərəfdaş olaraq qalmaqdadır. Bunu Pentaqonun rəhbəri Eşton Karter Türkiyə ordusunun kürd silahlı qruplaşmalarının Suriyadakı mövqelərinə zərbələr endirməsinə dair suala cavabında deyib.  

“İŞİD-lə mübarizədə bizim əməkdaşlığımız möhkəm olaraq qalmaqdadır. Biz Suriya-Türkiyə sərhədində təhlükəsizliyin təmin edilməsi üçün çox uğurlu iş aparırıq”, – deyə Karter brifinqdə bildirib. O, gələn həftə Türkiyənin milli müdafiə naziri Fikri Işıkla görüşəcəyini, danışıqlar zamanı qeyd olunan məsələnin də müzakirə ediləcəyini bildirib.  

ABŞ müdafiə naziri bununla belə qeyd edib ki, İraqdakı istənilən xarici qüvvələr ölkənin suverenliyinə hörmətlə yanaşmalıdır: “Biz bunu edirik, bu bizim üçün prinsipial məqamdır”, – deyə nazir qeyd edib.   (APA)