XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2016 - 07:33

Aİ sammitində Rusiyaya qarşı yeni sanksiyalar tələb edilməyib –Səbəb

ai

Avropa İttifaqının Brüsseldə keçirilən sammitində heç bir ölkə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə dair təklif irəli  sürməyib.  

Bunu sammitdən sonra Avstriya kansleri Sebastyan Kern deyib.  

Onun sözlərinə görə, sammit iştirakçıları Suriyadakı böhranın nizamlanmasının prioritet məsələ olduğunu qeyd ediblər: “Hazırda Hələbdə beynəlxalq humanitar təşkilatların fəaliyyətini təmin etmək üçün atəşkəs rejiminin tətbiqinin genişləndirilməsi çox vacibdir”.

Bundan əvvəl Almaniya kansleri Angela Merkel Hələbə aviazərbələrin  davam etdiriləcəyi təqdirdə Rusiyaya qarşı sanksiyaların müzakirə olunacağını bildirmişdi.   (APA)