ABŞ Müdafiə naziri Eşton Karter Türkiyəyə səfər edib.
Amerikalı nazir bu gün paytaxt Ankarada bir neçə görüş keçirəcək. Danışıqlarda əsas müzakirə mövzusu İŞİD-lə mübarizə və Suriya böhranı olacaq(Axar.az).
Qeyd edək ki, Karterin 21-27 oktyabr tarixlərində NATO müdafiə nazirləri ilə görüşləri nəzərdə tutulur. Bu çərçivədə Pentaqon rəhbəri Türkiyədən sonra BƏƏ, Fransa və Belçikaya səfər edəcək.