XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2016 - 17:02

FHN su basan evlər və yollarda suçəkmə işlərini davam etdirir –Rəsmi

kanalzasiya-yagis

Son günlər yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün nazirliyin müvafiq qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub.

Hazırda Binəqədi rayonunun Binəqədi şosesində və Sabunçu rayonunun Zabrat qəsəbəsində yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri davam etdirilir.