XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

21 Oktyabr 2016 - 18:41

Dağıstanın daxili işlər naziri Azərbaycana gəldi –Məqsəd

abdulresid-dagistan-din

Rusiya Federasiyası Dağıstan Respublikasının daxili işlər naziri Abdulrəşid Maqomedovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. 

Quba rayonunun istirahət mərkəzlərindən birində Dağıstan və Azərbaycan Daxili İşlər nazirliklərinin nümayəndələri arasında görüş keçiriləcək.

Görüşdə ikitərəfli, istərsə də çoxtərəfli formatda əməkdaşlıq, transmilli mütəşəkkil cinayətkarlıq və beynəlxalq terrorizmlə mübarizə, mövcud kriminogen durum, cinayətkarlıqla mübarizənin vəziyyəti və qarşıda duran vəzifələr müzakirə olunacaq. 

Görüşdə Azərbaycanın şimal rayonlarının polis şöbələrinin rəisləri də iştirak edəcəklər.

Report