XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Oktyabr 2016 - 23:28

“Hərbi vəziyyət haqqında” qanuna dəyişiklik ediləcək” –Deputat açıqladı

zahid oruc

Azərbaycanda “Hərbi vəziyyət haqqında” qanuna dəyişikliklər ediləcək.

Bu barədə millət vəkili Zahid Oruc məlumat verib.

O bildirib ki, yeni layihə dövlət başçısının imzası ilə parlamentə göndərilib: "Layihə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılacaq. Müvafiq qanunda indiyə qədər hərbi vəziyyət elan olunması ölkə rəhbəri tərəfindən fərmanla həyata keçirildiyi təqdirdə parlament tərəfindən 3 gün ərzində baxılaraq məsələyə münasibət bildirilməli idi. İndi isə yeni layihədə 3 gün müddətinin 2 günə endirilməsi təklif edilir.

Eyni zamanda dövlət rəhbərinin iki il bundan öncə avqustda cəbhədə baş verən toqquşmalar fonunda cəbhəyanı zonalarda xüsusi hərbi təhlükəsizlik tədbirlərinin, dövlət dilinin qorunması ilə bağlı sərəncam vermişdi. Sərəncamda əksini tapan bəzi müddəaların indiki qanunvericilik aktında nəzərə alınması təklif edilir".

Qafqazinfo