XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 March 2015 - 07:45

Rusiyalıların üçdə biri Nemtsovun qətlinə laqeyddir

Respondentlərin yarısı cinayət sifarişçilərinin tutulacağına inanmır

Картинки по запросу труп немцова

Siyasətçi Boris Nemtsovun qətli Rusiyada rəyi soruşulanların 37%-də heç bir hiss doğurmayıb.

Strateq.az Rusiya KİV-ə isnadən bildirir ki, “Левада-Центр”-in araşdırmalarına görə, respondentlərin 26%-i qətlə görə kədər, 17%-i anlaşılmazlıq, 8%-i qəzəb və hiddət, 7%-i təşviş və vahimə yaşayıb.

İstintaqın gedişatını respondentlərin 42%-i izləyir, 48%-i bu haqda nəsə eşidib və hər on nəfərdən biri məsələdən hali deyil.

Rəyi soruşulan Rusiya vətəndaşlarının, demək olar, yarısı (44%) cinayət sifarişçilərinin tutulacağına inanmır, hər üç nəfərdən biri əks nəticəyə əmindir, 23%-i isə cavab verməkdə çətinlik çəkib.

Bundan başqa, vətəndaşların 58%-i Rusiya hökumətinin qətldə əli olduğuna inamır, 15%-i əksini düşünür, 26%-i bu suala cavab verə bilməyib.

Sorğu martın 13-16-da keçirilib. Prosesə Rusiyanın 46 bölgəsinin 134 yaşayış məntəqəsindən 1600 sakin qatılıb.

Siyasətçi Boris Nemtsov fevralın 27-də Moskvada gecədən xeyli keçmiş Qızıl meydanın yaxınlığında öldürülüb. Hazırda iş üzrə beş nəfər – Zaur Dadayev, Anzor Qubaşev, onun qardaşı Şadid, Həmzət Bahayev və Tamerlan Əskərxanov həbs olunub.