XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

22 Oktyabr 2016 - 15:04

Dünya əhalisinin üçdə birismartfon istifadəçisidir

Dünya əhalisinin üçdə biri smartfon istifadəçisidir
 
Hazırda dünya əhalisinin 31 faizi fəal smartfon istifadəçisidir, 2016-cı ildə onların sayı 2,1 milyard nəfər təşkil edib.
 
İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən məlumatına görə, “Apple” şirkəti bu bazarda ən böyük paya malikdir. Onun payı 34,8 faizdir, sonrakı yeri 23,3 faiz göstərici ilə “Samsung” şirkəti tutur.
 
Mobil bazarın 2016-cı ildə ümumi qazancı təxminən 45 milyard dollar təşkil edib. Maraqlıdır ki, bu gəlirin 82 faizi oyunlardan əldə olunub. Analitiklər bu bazarda böyük artım olacağını proqnozlaşdırırlar. Onların fikrincə, 2020-ci ilə qədər bu sahənin ümumi qazancı 80 milyard dollar təşkil edəcək.
 
Tədqiqatlar müəyyən edib ki, dünya əhalisinin 31 faizi (2,1 milyard insan) aktiv smartfon istifadəçisidir və onların sayı durmadan artır. Ən iri bazar Çin bazarıdır. Məhz bu ölkə smartfon istehsalçılarına ən böyük qazancı – 12 milyard dolları gətirib.