XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Oktyabr 2016 - 15:51

İsmayıllıda torpaq sürüşməsi:Sədiyan kəndi təhlükədə

Aramsız yağan yağışlar İsmayıllı rayonunun Sədiyan kəndində torpaq sürüşməsinə səbəb olub. Bu isə yaşayış məntəqəsində təhlükəli vəziyyət yaradıb.

Rayon icra hakimiyyətindən Azərtac-a bildiriblər ki, kəndin şimal hissəsindən mərkəzinə doğru dərinliyi 1,5 metr, eni isə 3 metr olmaqla, 150 metr uzunluğunda yarğan əmələ gəlib.

Sürüşmə nəticəsində kənd sakini, 1972-ci il təvəllüdlü Əliyev Ağalı Nadir oğluna məxsus təsərrüfat tikilisi dağılaraq yararsız vəziyyətə düşüb. Habelə, yaxınlıqda olan bir neçə yaşayış evi də təhlükə qarşısındadır.