XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 March 2015 - 07:50

Nazir Ramil Usubovdan yeni təyinat

Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatı olub.

“Report” xəbər verir ki, nazir, general-polkovnik Ramil Usubovun əmri ilə Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) İstintaq Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Cəfər Rəhmanov işdən çıxarılıb. O, DİN-in Baş İstintaq və Təhqiqiat İdarəsinə müstəntiq təyin olunub.

Nazirin digər əmrinə əsasən, Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Bəhruz Cabbarov idarənin İstintaq Şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, işdən çıxarılan C.Rəhmanov buna qədər uzun illər Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi işləyib.